Martın 13-də Bakı Biznes Universitetinin yaranmasının 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları BBU-da ümummilli lider Heydər Əliyevin büstünün açılışında iştirak etmişlər. Daha sonra universitetin yeni kitabxanasının açılışı olmuşdur. Universitetin foyesində son nəşrlərindən ibarət sərgi nümayiş etdirilmişdir.
Yubiley tədbirində Azərbaycan Milli Elmlər Akademiyasının, ali təhsil müəssisələrinin nümayəndələri, Milli Məclisin deputatları, səfirlər, Türkiyə, ABŞ, Rusiya, Avropa və Asiya ölkələrindən qonaqlar iştirak etmişlər.