13 may 2024-cü il tarixində BBU-nun kitabxanasında Bakı Biznes Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələri arasında “Zorakılığa məruz qalmış uşaqların ailədə qalması və ya himayədar ailəyə verilməsi” mövzusunda dostluq debatı keçirildi. Tədbiri giriş sözü ilə “Humanitar elmlər” kafedrasının müdir müavini f.ü.f.d. M.S.Cəfərova açaraq qonaqları və tələbələri salamladı, debatın mahiyyəti, əhəmiyyəti və aktuallığından bəhs etdi. Debatın sonunda tələbələr sertifikatla təltif olundular.