16 sentyabr 2024-cü il tarixində Bakı Biznes Universitetində “Bilik günü” tədbiri keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra torpaqlarımızın azad edilməsi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov çıxış edərək tələbələri və valideynləri salamlayaraq səmimi qəlbdən təbrik etmiş, Ali Baş komandımızın rəhbərliyi ilə torpaqlarımızın bütövlüyü naminə böyük şücaət göstərən əsgər və zabitlərimizin qəhrəmanlıqlarından bəhs etmiş və haqq mübarizəsində qalib olduğumuzu tələbə-gənclərin diqqətinə çatdırmışdır. Rektor daha sonra Universitetin uğurlu fəaliyyətləri, tədris prosesinin Avropa standartlarına uyğun həyata keçirilməsi, professor-müəllim heyəti peşəkarlığı, beynəlxalq əlaqələrdə layihələr üzrə böyük nailiyyətlərimiz və tələblər üçün yaradılmış bir sıra imkanlar haqqında məlumat vermişdir. Rektor tələbə adını qazananları səmimi qəlbdən təbrik edərək, yüksək balla qəbul olan tələbələrdən bir neçəsinə tələbə biletini və hədiyyələrini təqdim etmiş, onlara təhsil həyatlarında müvəffəqiyyətlər arzulamış və öz faydalı nəsihətlərini vermişdir.