16 may 2024-cü il tarixində Bakı Biznes Universitetində “Ali riyaziyyat” kafedrası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Yaşıl iqtisadiyyatın inkişafında riyazi modelləşdirmə amilləri” mövzusunda elmi-praktiki konfrans keçirmişdir. Konfransda Bakı Biznes Universitetinin, Riyaziyyat və Mexanika İnstitutunun, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Universitetinin, Naxçıvan Dövlət Universitetinin alimləri müxtəlif mövzularda riyaziyyatın müasir problemlərinə həsr olunmuş məruzələr etmişdir. Konfransda məruzə edən professorlar Mahir Səbzəliyevin, Mamed Bayramoğlunun, Həmdulla Aslanovun, İbrahim Nəbiyevin, Elşad Eyvazovun məruzələri iştirakçılar tərəfindən çox maraqla qarşılanmışdır.