01 oktyabr tarixində "Humanitar elmlər" kafedrasının rəhbərliyi ilə Bakı Biznes Universitetində DOST agentliyinin birgə əməkdaşlığı ilə, "Beynəlxalq Ahıllar Günü"nə həsr olunmuş tədbir təşkil olunub. "Humanitar elmlər" kafedrasının müdiri, prof. Sabir Əmirxanov qonaqları salamlayaraq, ahıl şəxslərin həm dünyada həm də respublikamızda daima diqqətdə saxlanıldığını vurğulayıb.
Tədbirdə “DOST mərkəzlərinin, "Səyyar sosial xidmətlər" şöbələrinin müdirləri, "Könüllü Dost" proqramının baş mütəxəssisi və sosial işçilər iştirak etmişdir. Dost agentliyinin baş məsləhətçisi, Orxan Hüseynov tərəfindən ahıl şəxslərə göstərilən xidmətlər” mövzusunda təqdimat edilib. Təqdimatda DOST Agentliyinin fəaliyyəti, eləcə də ahıl şəxslərə göstərilən xidmətlərlə bağlı maarifləndirici məlumatlar verilib.
Görüşdə "Könüllü DOST" proqramının "Gümüşü DOST" altproqramının üzvləri çıxış edərək, gənclərlə öz təcrübələrini bölüşüblər.