Bakı Biznes Universitetində 10.10.2024-cü il tarixində “Humanitar elmlər” kafedrasının təşkilatçılığı ilə “10 oktyabr Ümumdünya psixi sağlamlıq günü” münasibəti ilə tədbir keçirildi. Tədbirdə BBU-nun Elmi işlər üzrə prorektoru, h.ü.f.d. Məleykə Abbasova, “Humanitar elmlər” kafedrasının müdir müavini f.ü.f.d. Məhsəti Cəfərova, həmin kafedranın müəllimi və universitetin psixoloqu, p.ü.f.d. İlhamə Sultanova, universitetin həkimi Nigar Yusubova, Orvita Psixoloji Reabilitasiya Mərkəzinin təsisçisi p.ü.f.d. Ramidə Oktay qızı və “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələr iştirak edirdi. Tədbiri “Humanitar elmlər” kafedrasının müdir müavini f.ü.f.d. Məhsəti Cəfərova açaraq “10 oktyabr Ümumdünya psixi sağlamlıq günü” ilə bağlı məlumat verdi. Sonra psixoloq və həkim təqdimatla çıxış etdilər. Tədbirdə “İnsanın psixi sağlamlıq səviyyəsi hansı amillərdən asılı olur”, “Psixi sağlamlığın pozulmasını şərtləndirən amillər hansılardır” və s. bu kimi suallar geniş cavablandırıldı. Sonra Orvita Psixoloji Reabilitasiya Mərkəzinin təsisçisi, p.ü.f.d. Ramidə Oktay qızı geniş, dərin məzmunlu çıxış etdi.
Tədbirin sonunda Bakı Biznes Universiteti və Orvita Psixoloji Reabilitasiya Mərkəzi arasında memorandum imzalandı.