22.11.2024 tarixində Bakı Biznes Universitetində sağlam həyat tərzinin əsaslarının təşviqi məqsədilə "Narkomaniyaya son" mövzusunda onlayn seminar keçirilmişdir. Seminarda universitetin psixoloqu p.ü.f.d. İlhamə Sultanova və həkim Nigar Yusubova təqdimatla çıxış etdilər. Müasir dövrün ağrılı və acınacaqlı problemlərindən biri olan, el arasında “ağ ölüm” kimi tanınan bu bəşəri bəlaya düçar olanların sayı ildən-ilə artmaqdadır. Seminarda narkotikin insana psixoloji, fizioloji təsirləri elmi faktlarla və real misallarla tələbələrə çatdırıldı, mövzu ilə bağlı qısa metrajlı filim nümayiş etdirildi. İnteraktiv şəkildə təşkil edilən seminarda tələbələr mövzu ilə öz fikirlərini bildirdilər.