Bakı Biznes Universitetinə qəbul olan tələbələrin nəzərinə!

Bakı Biznes Universitetinə xoş gəlmişsiniz!

Sizi universitetimizin böyük ailəsində görməkdən məmnunluq duyuruq.

Universitetə qəbul olunan şəxslərin qeydiyyatı 28 avqustdan 08 sentyabr, saat 18:00-dək yalnız my.gov.az portalı üzərindən elektron qaydada həyata keçiriləcək.

Onlayn qeydiyyat üçün:

  1. my.gov.az portalına daxil olun;
  2. mygov ID vasitəsilə şəxsi kabinetinizə daxil olun;
  3. “Xidmətlər” bölməsinə keçin;
  4. “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçin;
  5. “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid edin;
  6. Məlumatlarınızı yoxlayaraq qeydiyyat prosesini tamamlayın.

Elektron qeydiyyat zamanı çətinlik yaşayan tələbələr tələb olunan sənədləri toplayaraq Bakı Biznes Universitetində fəaliyyət göstərən “Qeydiyyat mərkəzi”nə müraciət edə bilərlər.

  • 28 avqust – 08 sentyabr
  • Həftə içi: 10:00–17:00
  • Həftə sonu: 10:00–16:00

Universitetdə qeydiyyat üçün tələb olunan sənədlər:

Abituriyentlər üçün:

  • Orta təhsili başa vurma haqqında sənəd – attestat;
  • Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
  • 3×4 ölçüdə 6 ədəd rəngli fotoşəkil;
  • Sağlamlıq haqqında arayış;
  • Oğlanlar üçün hərbi bilet və ya çağırışçı şəhadətnaməsinin əsli və surəti;
  • Təhsil haqqı (tam və ya qismən).

Subbakalavrlar üçün:

  • Orta ixtisas təhsilini başa vurma haqqında sənəd (diplom və diplom əlavəsi) və ya diploməvəzi arayış;
  • Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
  • 3×4 ölçüdə 6 ədəd rəngli fotoşəkil;
  • Sağlamlıq haqqında arayış;
  • Oğlanlar üçün hərbi bilet və ya çağırışçı şəhadətnaməsinin əsli və surəti;
  • Təhsil haqqı (tam və ya qismən).

Əlavə məlumat üçün

Qeydiyyatla bağlı suallarınız yarandığı halda bizimlə əlaqə saxlaya bilərsiniz:

Tel + 994 12 431 91 18 (daxili 226) Whatsapp: +994 55 630 77 26