Bakı Biznes Universitetinə qəbul olan tələbələrin nəzərinə!

Bakı Biznes Universitetinə xoş gəlmişsiniz!
Sizi universitetimizin böyük ailəsində görməkdən məmnunluq duyuruq.
Universitetə qəbul olunan şəxslərin qeydiyyatı 28 avqustdan 08 sentyabr, saat 18:00-dək yalnız my.gov.az portalı üzərindən elektron qaydada həyata keçiriləcək.
Onlayn qeydiyyat üçün:
-
my.gov.az portalına daxil olun;
-
mygov ID vasitəsilə şəxsi kabinetinizə daxil olun;
-
“Xidmətlər” bölməsinə keçin;
-
“Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçin;
-
“Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid edin;
-
Məlumatlarınızı yoxlayaraq qeydiyyat prosesini tamamlayın.
Elektron qeydiyyat zamanı çətinlik yaşayan tələbələr tələb olunan sənədləri toplayaraq Bakı Biznes Universitetində fəaliyyət göstərən “Qeydiyyat mərkəzi”nə müraciət edə bilərlər.
-
28 avqust – 08 sentyabr
-
Həftə içi: 10:00–17:00
-
Həftə sonu: 10:00–16:00
Universitetdə qeydiyyat üçün tələb olunan sənədlər:
Abituriyentlər üçün:
-
Orta təhsili başa vurma haqqında sənəd – attestat;
-
Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
-
3×4 ölçüdə 6 ədəd rəngli fotoşəkil;
-
Sağlamlıq haqqında arayış;
-
Oğlanlar üçün hərbi bilet və ya çağırışçı şəhadətnaməsinin əsli və surəti;
-
Təhsil haqqı (tam və ya qismən).
Subbakalavrlar üçün:
-
Orta ixtisas təhsilini başa vurma haqqında sənəd (diplom və diplom əlavəsi) və ya diploməvəzi arayış;
-
Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
-
3×4 ölçüdə 6 ədəd rəngli fotoşəkil;
-
Sağlamlıq haqqında arayış;
-
Oğlanlar üçün hərbi bilet və ya çağırışçı şəhadətnaməsinin əsli və surəti;
-
Təhsil haqqı (tam və ya qismən).
Əlavə məlumat üçün
Qeydiyyatla bağlı suallarınız yarandığı halda bizimlə əlaqə saxlaya bilərsiniz:
Tel + 994 12 431 91 18 (daxili 226) Whatsapp: +994 55 630 77 26