26.11.24-cü il tarixində Bakı Biznes Universitetində Universitetin psixoloqu p.ü.f.d İlhamə Sultanova və həkim Nigar Yusubova tərəfindən "Erkən nikahın tibbi-psixoloji fəsadları" mövzusunda seminar keçirilmişdir.
Seminarda dövrümüzün mühüm və aktual problemlərindən biri olan erkən nikahın doğurduğu fəsadlar və cəmiyyətə vurduğu zərərlər müzakirə edilmişdir. Belə ki, qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, onların psixologiyasına mənfi təsir göstərməklə gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına qoyur. Belə neqativ hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi baza mövcuddur. İnteraktiv şəkildə təşkil edilən seminarda tələbələr mövzuya öz münasibətlərini bildirdilər.