04.12.2024-cü il tarixdə Bakı Biznes Universitetinin, "Əlilliyi olan şəxslərə sosial dəstək" ictimai birliyinin və Sosial İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Bakı Biznes Universitetində 03 dekabr Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə "Humanitar Elmlər" kafedrasının müdir müavini Məhsəti Cəfərova, "Əlilliyi olan şəxslərə sosial dəstək" ictimai birliyinin sədri Təranə Musayeva və "DOST İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzi"nin Sosial-pedaqoji şöbəsinin müdiri Ramin İsmayılov Əlilliyi olan şəxslər gününün keçirilməsinin mahiyyətindən, əlilliyi olan şəxslərə göstərilən dövlət qayğısından danışdılar. Çıxışlardan sonra əlilliyi olan yeniyetmələrin ifasında rəqs və mahnılar təqdim olundu. Bədii qiraətçi Tamam Cəfərova əlillərə həsr etdiyi şerlərini oxudu. Tədbirin sonunda Bakı Biznes Universiteti ilə "Əlilliyi olan şəxslərə sosial dəstək" ictimai birliyi arasında Memorandum imzalandı.