“Məişət zorakılığı: fiziki, cinsi, psixoloji, hüquqi aspektlər” mövzusunda tədbir

20.12.2024-cü il tarixində “Humanitar elmlər” kafedrası və Bakı Biznes Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Məişət zorakılığı: fiziki, cinsi, psixoloji, hüquqi aspektlər” mövzusunda tədbir keçirildi. Tədbirdə “Humanitar elmlər” kafedrasının müəllimləri p.ü.f.d. İlhamə Sultanova, h.ü.f.d. Şəlalə Həsənova, s.ü.f.d Tutu Eyvazova, Gülnar Abbasova, Fidan Alisova, TGT üzvləri və tələbələr iştirak etdi. G.Abbasova məişət zorakılığının yaranma səbəbləri, fəsadları, fiziki və cinsi zorakılıq barədə, İ.Sultanova psixoloji zorakılıq və onun səbəbləri, S.Həsənova zorakılığın hüquqi aspektləri haqqında tələbələri məlumatlandırdılar. Məişət zorakılığı qlobal bir problem olsa da, bu fenomen əsasən danışılmayan qapalı mövzulardan biri olaraq qalır. İnteraktiv şəkildə keçən seminarın sonunda tələbələrin sualları cavablandırıldı.