7 mart tarixində Bakı Biznes Universitetində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert proqramı keçirilib. Tədbiri giriş sözü ilə açan Universitetin rektoru İbad Abbasov Universitetin xanım əməkdaşlarını səmimi qəlbdən təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Konsertdə Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva, onun vokal musiqi məktəbinin tələbələri görkəmli bəstəkarlarımız Tofiq Quliyevin, Fikrət Əmirovun dəyərli əsərlərini ifa ediblər, Universitetin bədii özfəaliyyət kollektivi isə rəqsləri və mahnıları ilə tədbirə xüsusi rəng qatıblar.