“Yeni təlim texnologiyaları və sillabusların tərtibi qaydaları” mövzusunda təlim

13 sentyabr 2025-ci il tarixində Bakı Biznes Universitetində yeni fəaliyyətə başlayan müəllimlər üçün “Yeni təlim texnologiyaları və sillabusların tərtibi qaydaları” mövzusunda təlim keçirilmişdir. Təlim Universitetin Keyfiyyət təminatı mərkəzinin direktoru Zamiq Əhmədov və Humanitar elmlər kafedrasının müəllimi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin eksperti p.ü.f.d. İlhamə Sultanova tərəfindən aparılıb.
Təlim zamanı sillabusun hazırlanma prinsipləri, təlim məqsəd və nəticələrinin müəyyənləşdirilməsi, interaktiv təlim metodlarının mahiyyəti və növləri, həmçinin müasir qiymətləndirmə üsul və vasitələri nəzəri və praktiki aspektlərdə təqdim olunub.
Sonda iştirakçıların sualları cavablandırılmışdır.