
Bakı Biznes Universitetində Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin əməkdaşı Səbinə Tağıyevanın təqdimatında “Kibermüdafiə Ekosistemi: SOC komandalarının proaktiv və reaktiv funksiyaları” mövzusunda ustad dərsi təşkil olunub. Tədbir XRİTDX ilə Bakı Biznes Universiteti arasında imzalanmış “Əməkdaşlıq haqqında Memorandum” çərçivəsində həyata keçirilib.
Ustad dərsi zamanı kibermüdafiənin çoxqatlı modeli, NIST CSF əsaslı SOC yetkinlik səviyyələri, proaktiv və reaktiv müdafiə yanaşmalarının fərqləri, eləcə də real insidentlər əsasında SOC əməliyyatlarının optimallaşdırılması kimi mövzular ətrafında geniş izahlar verilib. Tələbələrə sahə üzrə qabaqcıl yanaşmalar, tətbiqi praktiki nümunələr və müasir trendlər təqdim olunub, həmçinin aktual məsələlərə dair dərin analitik müzakirələr aparılıb.
Praktiki hissədə RDP Brute Force hücumunun aşkar edilməsi və araşdırılması üzrə təhlükəsizlik ssenarisinin icrası nümayiş etdirilib. Bu zaman SOC analitiklərinin insidentə yanaşma metodları, logların korrelyasiyası, IP reputasiyasının qiymətləndirilməsi, davranış əsaslı analiz və hücumun məhdudlaşdırılması tədbirləri əyani şəkildə göstərilib.
.jpeg)
