Magistraturaya qəbul olunanların nəzərinə

Bakı Biznes Universitetinin magistratura pilləsinə qəbul olunmuş bakalavrların nəzərinə!

Bakı Biznes Universitetinin magistratura pilləsinə qəbul olunmuş bütün bakalavrları təbrik edir, onlara yeni təhsil həyatlarında uğurlar arzulayırıq!

Elektron qeydiyyat
Qəbul olunan şəxslər 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qeydiyyatdan keçməlidirlər. Bu müddətdə qeydiyyatdan keçməyən şəxslər qəbul olunduqları ixtisas üzrə təhsildən imtina etmiş hesab ediləcək və qəbul olunanların siyahısından xaric ediləcəklər.

Qeydiyyat üçün my.gov.az və ya portal.edu.az platformasına daxil olaraq "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçib müraciəti formalaşdırmaq lazımdır.

Qeydiyyat təlimatı:
https://edu.gov.az/uploads/news/07/telimat.pdf

Universitetə təqdim ediləcək sənədlər
Elektron qeydiyyatdan sonra tələbələr hər gün 10:00–15:00 (həftə sonları daxil olmaqla) aşağıdakı sənədlərlə Bakı Biznes Universitetinə müraciət etməlidirlər:

  • Şəxsiyyət vəsiqəsinin əsli və surəti;

  • Diplom və diploma əlavə (cari ilin məzunları üçün məzun olduqlarına dair arayış);

  • 3×4 ölçüdə 6 ədəd fotoşəkil;

  • Oğlanlar üçün hərbi bilet və ya çağırış məntəqəsinə təhkim olunma haqqında sənəd;

  • Sağlamlıq haqqında arayış;

  • Təhsil haqqının tam və ya qismən ödənilməsini təsdiq edən sənəd.

Qeyd:

  • Təhsil haqqını ilkin 1000 manat ödəməklə qalan məbləği hissə-hissə ödəmək mümkündür.

  • Dərslər həftədə 3 dəfə keçirilir və 18:30-da başlayır.