Bakı Biznes Universitetində vakant vəzifələr üzrə müsabiqə elan edilir

Bakı Biznes Universiteti professor-müəllim heyəti üzrə aşağıdakı vakant vəzifələrin tutulması üçün müsabiqə elan edir:
1. “Ali riyaziyyat” kafedrası
Baş müəllim – 1 yer
Tədris ediləcək fənlər:
-
Xətti cəbr və riyazi analiz;
-
Ehtimal nəzəriyyəsi və riyazi statistika.
Namizədə dair tələblər:
-
riyaziyyat üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinə malik olmaq;
-
dosent və ya professor elmi adına malik olmaq;
-
60 yaşdan aşağı olmaq;
-
Universitetdə tam ştat əsasında işləməyə hazır olmaq;
-
ali təhsil müəssisəsində pedaqoji fəaliyyət təcrübəsinə malik olmaq;
-
müasir və interaktiv tədris metodlarından, eləcə də informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarığına malik olmaq.
Qeyd: Yalnız tam ştatda işləmək arzusunda olan namizədlərin müraciət etmələri xahiş olunur. Yarım ştat üzrə müraciətlər nəzərə alınmayacaq.
2. “Dillər” kafedrası
Müəllim – 4 yer
Tədris ediləcək fənn: Xarici dildə işgüzar və akademik kommunikasiya – ingilis dili
Namizədə dair tələblər:
-
müvafiq sahə üzrə bakalavr və magistr ali təhsil dərəcələrinə malik olmaq;
-
ingilis dilinin tədrisi üzrə pedaqoji təcrübəyə malik olmaq;
-
ali təhsil müəssisəsində pedaqoji fəaliyyət təcrübəsinə malik olmaq üstünlükdür;
-
ingilis dilini minimum C1 səviyyəsində bilmək;
-
IELTS imtahanından minimum 7.0 bal və ya müvafiq TOEFL sertifikatlarından birinə malik olmaq;
-
dil tədrisi üzrə CELTA, TEFL, TESOL, TKT və ya digər müvafiq beynəlxalq sertifikatlardan ən azı birinə malik olmaq;
-
interaktiv və innovativ tədris metodlarını tətbiq etmək;
-
müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə bacarığına malik olmaq;
-
tələbəyönümlü tədris yanaşmalarını tətbiq etmək bacarığına malik olmaq.
Elmi dərəcə və ya elmi adın olması üstünlük hesab edilir.
3. “Mühasibat uçotu və audit” kafedrası
Müəllim – 1 yer
Tədris ediləcək fənlər:
-
Mühasibat uçotu;
-
Audit;
-
İqtisadi təhlil.
Namizədə dair tələblər:
-
müvafiq sahə üzrə ali təhsilə malik olmaq;
-
Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
-
qeyd olunan dillərdə müvafiq fənləri tədris etmək bacarığına malik olmaq;
-
baş mühasib, mühasib və ya auditor kimi iş təcrübəsinə malik olmaq;
-
ACCA kvalifikasiyası üzrə müvafiq imtahanları keçmək və ya PMS sertifikatına malik olmaq;
-
mühasibat uçotu, audit və iqtisadi təhlil sahəsində nəzəri və praktiki biliklərə malik olmaq;
-
müasir tədris metodlarından və informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarığına malik olmaq.
Təqdim edilməli sənədlər
Müsabiqədə iştirak etmək istəyən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
-
Universitet rektorunun adına ərizə;
-
kadrlar uçotunun şəxsi vərəqəsi;
-
tərcümeyi-hal;
-
şəxsiyyət vəsiqəsinin surəti;
-
ali təhsil haqqında diplom və diploma əlavənin notarial qaydada təsdiq edilmiş surətləri;
-
elmi dərəcə və elmi ad haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri — mövcud olduqda;
-
əmək kitabçasının və ya əmək fəaliyyətini təsdiq edən digər sənədlərin surəti;
-
elmi və elmi-metodiki işlərin siyahısı — mövcud olduqda;
-
beynəlxalq dil və digər peşəkar sertifikatların surətləri — müvafiq vəzifə üzrə tələb olunduqda;
-
3 × 4 sm ölçüdə fotoşəkil.
Sənədlərin qəbulu
Namizədlərin sənədləri elanın dərc olunduğu tarixdən etibarən bir ay müddətində, şənbə, bazar və bayram günləri istisna olmaqla, saat 10:00-dan 17:00-dək Bakı Biznes Universitetinin Kadrlar şöbəsində qəbul edilir.
Tələblərə cavab verən namizədlər müsahibəyə və zərurət yarandığı halda nümunəvi dərsin keçirilməsinə dəvət edilə bilərlər.
Sənədləri tam təqdim etməyən və ya müəyyən edilmiş tələblərə cavab verməyən namizədlərin müraciətlərinə baxılmaya bilər.
Əlavə məlumat üçün Bakı Biznes Universitetinin Kadrlar şöbəsi ilə əlaqə saxlamaq mümkündür.
Bakı Biznes Universitetinin Rektorluğu