
26 may 2026-cı il tarixində saat 11:00–13:00-da Bakı Biznes Universitetində tələbə və məzunlar üçün Əmək yarmarkası keçiriləcək.
Yarmarka Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə 40 müəssisə iştirak edəcək və 200 vakant iş yeri təqdim olunacaq.
Əmək yarmarkası Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 88A ünvanında yerləşən Bakı Biznes Universitetində təşkil olunacaq.