“Menecment və marketinq” kafedrası üzrə vakant vəzifələr

Bakı Biznes Universiteti “Menecment və marketinq” kafedrası üzrə aşağıdakı vakant vəzifələrin tutulması üçün müsabiqə elan edir:
1. Baş müəllim – 1 yer
Tədris ediləcək fənlər:
Namizədə dair tələblər:
-
müvafiq sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malik olmaq;
-
ali təhsil müəssisəsində ən azı 3 il pedaqoji fəaliyyət təcrübəsinə malik olmaq;
-
menecment və ya marketinq fənlərinin tədrisi üzrə ən azı 1 il təcrübəyə malik olmaq;
-
müasir tədris və qiymətləndirmə metodlarını tətbiq etmək bacarığına malik olmaq;
-
informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarığına malik olmaq.
Üstünlük veriləcək:
-
dövlət orqanlarında və ya özəl şirkətlərdə idarəetmə və ya marketinq sahəsində iş təcrübəsinə malik olan;
-
xarici dil biliklərinə malik olan;
-
müvafiq sahə üzrə elmi və elmi-metodiki işləri olan namizədlərə.
2. Müəllim – 2 yer
Tədris ediləcək fənlər:
Namizədə dair tələblər:
-
menecment, marketinq, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsilə malik olmaq;
-
doktorantura səviyyəsində təhsil almaq;
-
menecment və marketinq fənlərini tədris etmək bacarığına malik olmaq;
-
müasir tədris və qiymətləndirmə metodlarından istifadə bacarığına malik olmaq;
-
informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarığına malik olmaq.
Üstünlük veriləcək:
-
menecment və ya marketinq sahəsi üzrə peşəkar sertifikatlara malik olan;
-
xarici dil biliklərinə malik olan;
-
ali təhsil müəssisəsində pedaqoji fəaliyyət təcrübəsi olan namizədlərə.