Bakı Biznes Universitetinin tələbələri Dövlət Bayrağı Muzeyinə ekskursiya ediblər

“Konstitusiya və Suverenlik İli” çərçivəsində, 05 noyabr 2025-ci il tarixində Bakı Biznes Universitetinin tələbələri üçün Dövlət Bayrağı Muzeyinə maarifləndirici ekskursiya təşkil olunub. Ekskursiyaya universitetin tarix müəllimi Qənirə Mirzəxanlı rəhbərlik edib.

Tədbirin əsas məqsədi tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi, dövlət rəmzlərinin tarixi əhəmiyyətinin daha dərindən öyrənilməsi və gənclərin milli-mənəvi dəyərlərə bağlılığının artırılması olub.

Muzeyin bələdçisi Ülviyyə Cabbarova iştirakçılara Dövlət Bayrağı Muzeyinin ekspozisiyası barədə geniş məlumat verib, sərgilənən eksponatların tarixi və mənəvi dəyəri haqqında maraqlı faktlar təqdim edib.

Tələbələr ekskursiya çərçivəsində Azərbaycan Respublikasının dövlət bayrağının yaranma tarixi, dövlət rəmzlərinin mənası və onların müasir dövrdə əhəmiyyəti barədə məlumat əldə ediblər. Eksponatlarla yaxından tanış olan tələbələr ölkəmizin dövlətçilik tarixinin mühüm mərhələləri ilə bağlı biliklərini daha da zənginləşdiriblər.