Bakı Biznes Universitetinin tələbələri üçün Zəfər Muzeyinə maarifləndirici ekskursiya təşkil olunub

Bakı Biznes Universitetinin Tələbə Gənclər Təşkilatının və universitetin tarix müəllimi Qənirə Mirzəxanlının təşəbbüsü və təşkilatçılığı ilə tələbələr üçün Zəfər Muzeyinə maarifləndirici ekskursiya keçirilib.

Ziyarət zamanı tələbələr Vətən müharibəsinin tarixi, əldə edilən möhtəşəm Zəfər və bu yolda qəhrəmanlıq göstərmiş şəhid və qazilərimizin həyat yolu barədə geniş məlumatlar əldə ediblər. Muzeydə nümayiş etdirilən eksponatlar, sənədlər, foto materiallar və Vətən müharibəsinin müxtəlif mərhələlərini əks etdirən interaktiv təqdimatlar gənclərin xüsusi marağına səbəb olub.

Ekskursiya tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi, tarixi yaddaşın qorunması və Zəfərimizin əhəmiyyətinin daha dərindən dərk olunması baxımından böyük önəm kəsb edib.

Tədbirin sonunda tələbələr belə maarifləndirici səfərlərin onların həm akademik dünyagörüşünün, həm də vətəndaşlıq mövqeyinin formalaşmasına müsbət təsir göstərdiyini vurğulayıblar.