Bakı Biznes Universitetinin “Brend tələbə”ləri mükafatlandırılıb

“Konstitusiya və Suverenlik İli” çərçivəsində, Bakı Biznes Universiteti və AzEdu.az-ın birgə təşkilatçılığı ilə “Brend tələbə” layihəsi çərçivəsində xüsusi meyarlara əsasən seçilmiş tələbələrin mükafatlandırılma mərasimi keçirilib. AzEdu.az Təhsil Portalı tərəfindən reallaşdırılan layihənin əsas məqsədi tələbələrin bilik və bacarıqlarını önə çıxarmaq, onların fəallığını və uğurlarını geniş ictimaiyyətə tanıtmaqdır.

Tədbirdə AzEdu.az Təhsil Portalının direktoru Ləman Novruzova, portalın müxbiri Esmira Əliyeva, Bakı Biznes Universitetinin təlim-tərbiyə işləri üzrə prorektoru Cavidan Heydarov, prorektorluğun metodisti Samir Aslanov və “Brend tələbə” statusuna layiq görülmüş tələbələr iştirak ediblər.

Bakı Biznes Universitetinin “Brend tələbə” adına layiq görülən gənclər:

  1. Fatimə Həsənzadə – Biznesin idarə edilməsi

  2. Elnar Əhmədov – Biznesin idarə edilməsi

  3. Asena Məmmədli – Dövlət və bələdiyyə idarəetməsi

  4. Vəfa Əkbərova – Maliyyə

  5. Zərifə Dadaşova – İqtisadiyyat

  6. Nuray Nəsirzadə – Biznesin idarə edilməsi

  7. Taleh Hacıyev – Maliyyə

  8. Zeynəb Qənbərova – Biznesin idarə edilməsi

  9. Şəbnəm Camalova – Mühasibat uçotu

  10. Marina Şahbazova – Sosial iş

Mərasim zamanı tələbələrin nailiyyətləri yüksək qiymətləndirilib və onların universitet həyatında fəallığı, akademik göstəriciləri və sosial təşəbbüslərdə iştirakı xüsusi vurğulanıb.