“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi seminar keçirilib

16 oktyabr 2025-ci il tarixində Bakı Biznes Universitetində “Konstitusiya ili və suverenlik çərçivəsində müstəqilliyin bərpası” mövzusunda elmi seminar təşkil olunub. Tədbirin açılışını Humanitar Elmlər kafedrasının müdiri, h.ü.f.d., dosent Şəlalə Həsənova edib. O, çıxışında Azərbaycanın müstəqilliyinin tarixi əhəmiyyətindən, suverenliyin xalq üçün daşıdığı mənəvi-siyasi dəyərdən və bu dəyərlərin gənclər arasında təbliqinin vacibliyindən danışıb.

Dosent Şəlalə Həsənova vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir və onun rəhbərliyi ilə qəbul edilən bu ali hüquqi sənəd dövlətçiliyin möhkəmlənməsində həlledici rol oynayıb. Ulu Öndərin uzaqgörən siyasəti sayəsində Azərbaycan hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşmış, suverenliyin təminatı institusional əsaslar qazanmışdır.

Seminar çərçivəsində müstəqillik tarixinin əsas mərhələləri, konstitusiya prinsiplərinin dövlət idarəçiliyində və vətəndaş cəmiyyəti quruculuğundakı rolu müzakirə olunub. Tədbirdə Bakı Biznes Universitetinin tələbələri mövzu üzrə təqdimatlarla çıxış ediblər:

  1. Sevil Ağayeva (T23C) – “Müstəqil düşünən gənclik – güclü dövlətin rəhni”

  2. Abdullayeva Leyla (T23) – “Müstəqilliyin səsi: dünən, bu gün, sabah”

  3. Aslanova Almaz (825B) – “Azərbaycan müstəqilliyinin bərpası – tariximizin qürur səhifəsi”

  4. Alızadə Fərid (825B) – “Heydər Əliyev və Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi”

  5. Alışanzadə Sinan (825B) – “Müstəqillik və vətəndaş həmrəyliyi – birlikdə güclüyük”

Tələbələrin təqdimatlarında müstəqillik ideyasına elmi yanaşma, sosial-siyasi məzmunun dərindən təhlili və vətəndaş məsuliyyəti mövzuları xüsusi olaraq önə çıxıb. Müzakirələrdə vurğulanıb ki, Azərbaycan gəncliyi müstəqil dövlətin dayağı, milli-mənəvi dəyərlərin qoruyucusu və ölkənin inkişaf strategiyasının aparıcı qüvvəsidir.