
06 dekabr 2025-ci il tarixində Bakı Biznes Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilmiş futbol turnirinin final mərhələsi uğurla başa çatmışdır. Turnirdə ümumilikdə Universitet üzrə 16 komanda iştirak etmiş, tələbələr arasında sağlam rəqabəti, həmrəyliyi və komanda ruhunu gücləndirən maraqlı qarşılaşmalar baş tutmuşdur. Final və yarımfinal oyunlarında Universitetin Təlim-tərbiyə işləri üzrə prorektoru Cavidan Heydarov, idman müəllimi Hacıağa Əzizov, Tələbə Gənclər Təşkilatının fəalları və digər tələbələr də iştirak etmişlər.
Yekun mərhələdə birinci və üçüncü yerlər uğrunda gərgin mübarizə aparılmış, komandalar yüksək oyun intizamı və peşəkarlıq nümayiş etdirmişdir. Yarışın yekununda qalib komandalara müvafiq olaraq medallar, həmçinin birinci yerin sahibinə kubok təqdim olunmuşdur.