“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş “Şifahi Tərcümə” müsabiqəsi keçirilib

11 dekabr 2025-ci il tarixində Bakı Biznes Universitetində “Tərcümə” ixtisasının IV kurs tələbələri arasında “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş “Şifahi Tərcümə” yarışı təşkil edilmişdir. Müsabiqə iştirakçılarının çıxışları “Şəms Tərcümə Xidmətləri Mərkəzi”nin baş redaktoru Səfərova Minayə və Dillər kafedrasının aparıcı müəllimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. Tərcümə prosesi zamanı iştirakçıların leksik dəqiqliyi, məntiqi ardıcıllığı, nitq tempinə uyğunluq, qeydlərdən istifadə bacarığı və interpretativ yanaşma kimi əsas meyarlar üzrə bacarıqları qiymətləndirilmişdir. Bu yarış tələbələrin tərcümə nəzəriyyəsi ilə praktiki bacarıqları birləşdirmələrinə və real peşəkar şəraitdə çıxış etmək təcrübəsi qazanmalarına şərait yaratmışdır. Müsabiqənin nəticələrinə əsasən, ən yüksək nəticə göstərmiş 3 tələbə müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülərək sertifikat və hədiyyələrlə mükafatlandırılmış, digər iştirakçılara isə iştirakçı sertifikatları təqdim olunmuşdur.