Beynəlxalq müstəvidə Bakı Biznes Universitetindən növbəti mühüm akademik nailiyyət!

Bakı Biznes Universitetinin bakalavr təhsil pilləsi üzrə “Mühasibat” ixtisası (Bachelor of Accounting) ACCA tərəfindən qiymətləndirilərək “ACCA Exemption Framework Listed Programme” statusu qazanmışdır.
Akkreditasiya müddəti:
01 yanvar 2029 – 31 dekabr 2033 (5 il)
Bu status çərçivəsində cari tədris ilində bu ixtisas üzrə 1-ci kursda təhsil alan tələbələr, proqramı uğurla tamamladıqları təqdirdə, ACCA imtahanlarına girmədən aşağıdakı fənlər üzrə sertifikatlar əldə etmək imkanı qazanırlar:
F1 – Business and Technology
F2 – Management Accounting
F3 – Financial Accounting
F4 – Corporate and Business Law
Qürurla qeyd edirik ki, Bakı Biznes Universiteti ACCA tərəfindən bu akkreditasiyaya layiq görülən 4-cü universitetdir. Digər universitetlər: BANM, UNEC və Qarabağ Universiteti.
Bu uğur universitetimizin beynəlxalq standartlara uyğun təhsil vermək istiqamətində atdığı mühüm addımlardan biridir və tələbələrimiz üçün qlobal karyera imkanlarının genişlənməsi deməkdir.