“Alternativ energetikanın inkişafının əmək bazarına təsiri” mövzusuna həsr olunmuş dəyirmi masa

04 mart 2026-cı il tarixində Bakı Biznes Universitetində “İqtisadi nəzəriyyə” kafedrası ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə tərəfdaşlığı çərçivəsində “Alternativ energetikanın inkişafının əmək bazarına təsiri” mövzusuna həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Tədbir çərçivəsində yaşıl iqtisadiyyatın inkişafının ölkədə məşğulluğa təsiri, yeni iş yerlərinin formalaşması mexanizmləri, eləcə də bərpa olunan enerji sektorunda məşğulluğun gender aspektindən qiymətləndirilməsi kimi aktual məsələlər müzakirə olunmuşdur.
Dəyirmi masa elmi işlər üzrə prorektor Məleykə Abbasova tərəfindən açıq elan olunmuş və “İqtisadi nəzəriyyə” kafedrasının müdiri Cabir Mirzainin açılış nitqi ilə davam etmişdir. Daha sonra Milli Observatoriyanın baş mütəxəssisi Elnara Qəribova mövzu ilə bağlı çıxış edərək öz fikirlərini iştirakçılarla bölüşmüşdür. Kafedranın əməkdaşları Şəhla Nəzərova və Samir Aslanov maraqlı çıxışları ilə müzakirələrə töhfə vermişlər.
Tədbir iştirakçıların fəal iştirakı ilə fikir mübadiləsi formatında davam etmiş və müvafiq sahə üzrə aktual problemlərin müzakirəsi ilə yekunlaşmışdır.
Sonda dəyirmi masanın nəticələrinin ümumiləşdirilərək elmi tədqiqat işi formasında hazırlanması məqsədəuyğun hesab edilmiş və bu istiqamətdə müvafiq qərar qəbul olunmuşdur.