Bakı Biznes Universitetində “Universitet–dövlət–sənaye tərəfdaşlığı çərçivəsində təhsilin inkişafında sosial məsuliyyət və etik prinsiplər” mövzusunda Respublika elmi-praktiki konfrans keçirilib

23 aprel 2026-cı il tarixində Bakı Biznes Universitetinin “Humanitar elmlər” kafedrasının təşkilatçılığı ilə “Universitet–dövlət–sənaye tərəfdaşlığı çərçivəsində təhsilin inkişafında sosial məsuliyyət və etik prinsiplər” mövzusunda Respublika elmi-praktiki konfrans uğurla keçirilib.

Konfransı giriş sözü ilə açan universitetin rektoru, iqtisad elmləri doktoru, professor İ.M. Abbasov müasir dövrdə təhsil sisteminin inkişafında universitet–dövlət–sənaye əməkdaşlığının əhəmiyyətini vurğulayıb, sosial məsuliyyət və etik prinsiplərin bu prosesdə həlledici rol oynadığını qeyd edib.

Konfrans çərçivəsində professor Sabir Əmirxanov, dosent Məhsəti Cəfərova, dosent Rəşad Əsgərovun və digər iştirakçıların məruzələri dinlənilərək universitet–dövlət–sənaye tərəfdaşlığının gücləndirilməsi, təhsildə etik standartların tətbiqi və sosial məsuliyyət prinsiplərinin genişləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılmışdır.

Tədbirin sonunda iştirakçılar bu kimi elmi platformaların təhsilin keyfiyyətinin artırılması və cəmiyyətin dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etmişlər.