“Qlobal şəhərsalma trendləri və regional perspektivlər” mövzusunda dəyirmi masa

08 may 2026-cı il tarixində Bakı Biznes Universitetində “İqtisadi nəzəriyyə” kafedrasının, Şəhərsalma və Arxitektura Komitəsinin və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin birgə tərəfdaşlığı çərçivəsində “Qlobal şəhərsalma trendləri və regional perspektivlər” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə müasir şəhərsalma yanaşmaları, dayanıqlı urbanizasiya, “ağıllı şəhər” konsepsiyaları, alternativ enerji mənbələrinin şəhər infrastrukturuna inteqrasiyası və regional inkişaf perspektivləri ətrafında geniş müzakirələr aparılmışdır.

Dəyirmi masa elmi işlər üzrə prorektor M.N. Abbasova tərəfindən açıq elan olunmuş və “İqtisadi nəzəriyyə” kafedrasının müdiri C.C. Mirzainin açılış nitqi ilə davam etmişdir. N.V.Əhmədov, Ə.S.Sərkarlı, Ş.F.Nəzərova və S.S.Aslanovun çıxışlarında kreativ şəhərsalma, ekoloji dayanıqlılıq, enerji səmərəliliyi və innovativ şəhər idarəetmə modellərinin gələcək inkişaf üçün əhəmiyyəti xüsusi vurğulanmışdır. Tədbir iştirakçılar arasında fikir mübadiləsi və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi ilə yadda qalmışdır.

Sonda dəyirmi masanın nəticələrinin ümumiləşdirilərək elmi tədqiqat işi formasında hazırlanması məqsədəuyğun hesab edilmiş və bu istiqamətdə müvafiq qərar qəbul olunmuşdur.