Bakı Biznes Universitetində “Azərbaycan şəhərləri: dünən, bu gün, sabah” mövzusunda tələbələr arasında elmi məqalə müsabiqəsi keçirilib

29 aprel 2026-cı il tarixində Bakı Biznes Universitetində “Humanitar elmlər” kafedrasının təşkilatçılığı ilə “Azərbaycan şəhərləri: dünən, bu gün, sabah” mövzusunda tələbələr arasında elmi məqalə müsabiqəsi təşkil olunub.

Tədbirin əsas məqsədi tələbələrin elmi yaradıcılığa marağının artırılması, şəhərsalma, regional inkişaf və urbanizasiya prosesləri haqqında biliklərinin dərinləşdirilməsi, eləcə də Azərbaycanın şəhərlərinin keçmişi, mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə tədqiqat bacarıqlarının inkişaf etdirilməsi olub.

Müsabiqədə universitetin müxtəlif ixtisaslarında təhsil alan tələbələr fəal iştirak edərək Bakı və digər Azərbaycan şəhərlərinin sosial-iqtisadi inkişafı, tarixi-mədəni irsi, müasir şəhər infrastrukturunun formalaşması və gələcək inkişaf modelləri mövzusunda elmi məqalələrlə çıxış ediblər.Çıxışlar münsiflər heyəti tərəfindən elmi yanaşma, araşdırma dərinliyi, analitik düşüncə və təqdimat bacarıqları meyarları əsasında qiymətləndirilib. Qaliblər və fərqlənən iştirakçılar universitet rəhbərliyi tərəfindən diplom və təşəkkürnamələrlə təltif olunublar.

Sonda qeyd olunub ki, bu kimi tədbirlər tələbələrin elmi potensialının üzə çıxarılması, onların araşdırma mədəniyyətinin formalaşdırılması və ölkənin gələcək inkişafına töhfə verəcək gənc kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.