ENGAGE layihəsi çərçivəsində inzibati heyət üçün məlumatlandırma sessiyası təşkil olunub

Bakı Biznes Universitetində Erasmus+ ENGAGE layihəsi çərçivəsində inzibati heyət üçün məlumatlandırma sessiyası keçirilib.
Sessiyada layihənin idarə olunması, iş paketləri, keyfiyyət təminatı, yayım (dissemination) fəaliyyəti, maliyyə idarəçiliyi və layihə nəticələrinin davamlılığının təmin edilməsi məsələləri müzakirə olunub.
İştirakçılara universitetdə Sahibkarlıq və İnnovasiya Mərkəzinin fəaliyyət istiqamətləri, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanları, layihənin institusional inkişaf prosesinə verəcəyi töhfələr və Avropa İttifaqının Capacity Building layihələrinin idarə olunması üzrə əsas prinsiplər haqqında geniş məlumat təqdim edilib.
Sessiya zamanı inzibati heyətin layihənin uğurlu icrasında rolu, universitet daxilində koordinasiya mexanizmləri və layihə nəticələrinin uzunmüddətli tətbiqi istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.