Bakı Biznes Universitetində tələbələr üçün ENGAGE layihəsi çərçivəsində məlumatlandırma günü keçirilib

Bakı Biznes Universitetində Erasmus+ ENGAGE layihəsi çərçivəsində tələbələr üçün məlumatlandırma günü təşkil olunub.
Tədbirin əsas məqsədi tələbələr arasında sahibkarlıq mədəniyyətinin təşviqi, innovativ düşüncə tərzinin inkişaf etdirilməsi və layihənin təqdim etdiyi imkanlar barədə məlumatlandırmanın artırılması olub.
Sessiya zamanı iştirakçılara sahibkarlıq anlayışı, startap ekosistemi, innovasiya yönümlü biznes ideyalarının formalaşdırılması, biznes modellərinin hazırlanması və layihə çərçivəsində həyata keçiriləcək Academic Entrepreneurship-Based Startup and Incubation Programme (ASSIP) haqqında ətraflı məlumat verilib.
Eyni zamanda tələbələrə beynəlxalq təlimlərdə iştirak, mentorluq proqramları, sahibkarlıq üzrə yeni tədris kursları və gələcək startap fəaliyyətlərinə qoşulmaq imkanları təqdim olunub.
İnteraktiv formatda keçirilən sessiya tələbələrin çoxsaylı sualları və müzakirələri ilə yekunlaşıb.