ENGAGE layihəsinin nəticələrinə həsr olunmuş məlumatlandırma sessiyası keçirilib

Bakı Biznes Universitetində Erasmus+ CBHE proqramı çərçivəsində icra olunan ENGAGE layihəsinin əldə edilmiş nəticələrinə həsr olunmuş geniş məlumatlandırma sessiyası təşkil edilib.
Tədbirdə universitetin akademik və inzibati heyəti, tələbələr, eləcə də layihənin icrasında iştirak edən əməkdaşlar iştirak ediblər.
Sessiya zamanı layihə çərçivəsində hazırlanmış yeni tədris materialları, sahibkarlıq üzrə kurikulumların yenilənməsi, beynəlxalq təcrübə mübadilələri, xarici universitetlərdə keçirilmiş təlimlər və yaradılan əməkdaşlıq imkanları barədə təqdimatlar keçirilib.
Bununla yanaşı, layihənin universitetdə innovasiya və sahibkarlıq ekosisteminin inkişafına verdiyi töhfələr, əldə olunan institusional nəticələr və gələcək inkişaf perspektivləri iştirakçılarla bölüşülüb.
Tədbirin sonunda layihənin növbəti mərhələləri və nəticələrin davamlı tətbiqi istiqamətində planlaşdırılan fəaliyyətlər müzakirə olunub.