Bakı Biznes Universitetində ENGAGE layihəsinin davamlılığına həsr olunmuş məlumatlandırma tədbiri keçirilib

Bakı Biznes Universitetində Erasmus+ ENGAGE layihəsinin nəticələrinin davamlılığının təmin olunmasına həsr edilmiş məlumatlandırma tədbiri keçirilib.
Tədbirin məqsədi layihə çərçivəsində əldə olunan nəticələrin uzunmüddətli tətbiqi, universitetdə sahibkarlıq və innovasiya fəaliyyətlərinin davam etdirilməsi, eləcə də Sahibkarlıq və İnnovasiya Mərkəzinin gələcək fəaliyyət istiqamətlərinin təqdim olunması olub.
İştirakçılar layihə çərçivəsində yaradılmış imkanlar, beynəlxalq əməkdaşlıq şəbəkəsi, müəllim və tələbələrin sahibkarlıq bacarıqlarının inkişafı istiqamətində görülmüş işlər, yeni tədris yanaşmaları və gələcək fəaliyyət planları haqqında məlumatlandırılıblar.
Tədbirdə həmçinin layihə nəticələrinin universitetin strateji inkişaf planına inteqrasiyası, sahibkarlıq mədəniyyətinin təşviqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atılacaq növbəti addımlar müzakirə edilib.
Sessiya iştirakçıların təklifləri və geniş fikir mübadiləsi ilə başa çatıb.