Aprel ayının 9-da Bakı Biznes Universitetində Litva Respublikasının Vilnüs Universitetinin rektoru, prof. Juras Banys və həmin ali təhsil müəssisəsinin nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşün məqsədi Bakı Biznes Universiteti ilə tanış olmaq və universitetlərarası münasibətləri daha da inkişaf etdirməkdir.
Görüş zamanı Bakı Biznes Universitetinin rektoru, prof. İbad Abbasov ali təhsil ocağı haqqında qonaqlara ətraflı məlumat verdi. Sonra iki universitet arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqavilədə tələbə və müəllim mübadilələri, qarşılıqlı mədəni əlaqələrin artırılması, beynəlxalq proqramlara qoşulmaq və birgə elmi tədqiqatlar aparılması məsələləri öz əksini tapmışdır.