Bakı Biznes Universitetində Polşanın ölkəmizdəki səfiri Mixal Labenda ilə görüş keçirildi. Qonağa universitet haqqında məlumat verən universitetin rektoru, prof. İbad Abbasov, universitetin beynəlxalq əlaqələrindən də danışmışdır.
Bakı Biznes Universitetində olmağından məmnun olduğunu bildirən diplomat, Polşa universitetləri ilə BBU arasında əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirmişdir. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı. Səfir Universitetlə yaxından tanış olmaq məqsədilə tədris və elmi-tədqiqat laboratoriyalarında olmuş, Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi və Elektron Kitabxanaya baş çəkmişdir. Daha sonra səfir professor-müəllim heyəti və tələbələr qarşısında mühazirə söyləmişdir. Mühazirə Universitetin müəllim və tələbələri tərəfindən böyük maraqla qarşılanmışdır.