Bakı Biznes Universitetinin yubiley tədbirləri çərçivəsində mart ayının 13-də Universitetdə Ümummilli Lider Heydər Əliyevin büstünün təntənəli açılışı olmuşdur. Büstün açılışı mərasimində Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov iştirak etmiş və BBU-nun rektoru, prof. İbad Abbasovla birgə büstün açılışını etmişdir. Açılışda iştirak edən qonaqlar tərəfindən büstün qarşısında tər çiçək dəstələri qoyulmuşdur.