Bakı Biznes Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan” mövzusunda Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru, i.e.d., professor İbad Abbasov Müstəqil Azərbaycan Dövlətinin banisi olan Ulu Öndər Heydər Əliyevin ölkənin sürətli inkişafı və tərəqqisində gərgin əməyi, diqqət və qayğısını maraqlı faktlarla açıqlamışdır. Konfrans öz işini “İqtisadiyyat”, “İnformasiya sistemləri”, “Riyaziyyat”, “Mühasibat uçotu”, “Audit”, “Maliyyə və kredit”, “Humanitar elmlər” və “Dillər” bölmələri üzrə davam etdirmiş, fərqlənən tələbələr müxtəlif dərəcəli diplomlar və sertifikatlara layiq görülmüşlər.