TEMPUS proqramı tərəfindən maliyyələşdirilən, Qafqaz Universitetinin koordinatorluğu ilə ECDL Milli Test Mərkəzlərinin əməkdaş universitetlərində qurulmasını hədəfləyən layihənin növbəti təlimləri keçirilmişdir. Layihə vasitəsilə ölkənin ali təhsil ocaqlarında informasiya texnologiyaları bacarıqlarının inkişafı bununlada milli təhsil sisteminin təkmilləşdirilməsi, təlim tədris prosesində müasir metodlardan istifadə və informasiya texnologiyaları biliklərində ölkədə beynəlxalq standartın tətbiqi hədəflənib. Tempus Avropa İttifaqı proqramı olub Təhsil Mədəniyyət Agentliyi tərəfindən idarə edilir. Proqram tərəfdaş ölkələr Qərbi Balkanlar, Şərqi Avropa, Mərkəzi Asiya, Şimali Afrika və Orta Şərqdə daxil 27 ölkəni əhatə edərək ali təhsilin modernizasiyasını hədəfləyir.
Təlimlərin keçirilməsində əsas məqsədi Milli Test və Təlim Mərkəzlərinin idarə edilməsində iştirak edəcək idarəçilərin potensialin İnformasiya texnologiyalarının tətbiqinin təcrübələrinin öyrənilməsi olmuşdur. Layihədə iştirak edən əməkdaş universitetlər tərəfindən təyin edilmiş idarə heyət üzvləri 4 gün davam edən təlimlə bərabər Vilnüs Universitetində təşkil olunmuş görüşdə iştirak ediblər. Litvanın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən təşkil edilən təlimlərdə Azərbaycan Dövlət Dillər Universitetindən, Azərbaycan Dövlət Pedaqoji Universitetindən, Azərbaycan Universitetindən, Azərbaycan Dövlət Memarlıq İnşaat Universitetindən, Azərbaycan Turizm İnstitutundan, Bakı Biznes Universitetindən, Naxçıvan Özəl Universitetindən və Qafqaz Universitetindən idarə heyət iştirak edib.