Sentyabrın 23-25 tarixlərində Bakı şəhərində təşkil edilən III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Universitetimiz son nəşrlərini nümayiş etdirmişdir. Dərslik, dərs vəsaiti, elmi monoqrafiya, metodik vəsait, tövsiyə, tədris proqramları, jurnallardan ibarət zəngin stendlərimiz sərgi iştirakçılarında böyük maraq yaratmışdır. Bakı Biznes Universitetinin dövri mətbu orqanı olan “Audit” jurnalının da son nömrələri sərgidə nümayiş etdirilmişdir. Qonaqlara və maraqlananlara BBU-nun nəşrlərindən hədiyyələr təqdim edilmişdir.