4-6 oktyabr 2013-cü il tarixində Bakı şəhərində 7-ci Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisi keçirilmişdir. Hər il olduğu kimi bu il də Bakı Biznes Universiteti sərgidə öz fəaliyyətini nümayiş etdirmişdir. Belə ki, Universitet özünün tədris, maddi-texniki baza, elmi-tədqiqat, tərbiyə, ən müasir texnologiyadan istifadə, beynəlxalq əlaqələri ilə bağlı materiallarını sərgi iştirakçılarına nümayiş etdirmişdir. Eyni zamanda Universitetin ən son nəşrləri də təqdim olunmuşdur. Bakı Biznes Universitetinə aid bölmə ilə yaxından tanış olan Azərbaycan Respublikası təhsil naziri cənab Mikayıl Cabbarov Universitetin fəaliyyətinə öz razılığını bildirmişdir.