18 oktyabr 2013-cü il tarixində Bakı Biznes Universitetində Dövlət Müstəqilliyi Gününə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbiri giriş sözü ilə universitetimizin rektoru, i.e.d., prof. İ.M.Abbasov açaraq Dövlət Müstəqilliyimizin 22 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş və Azərbaycan Respublikasının bu illər ərzində qazandığı uğurlardan bəhs etmişdir. Tədbirin bədii hissəsində universitetin özfəaliyyət kollektivi üzvlərinin iştirakı ilə böyük konsert olmuşdur.