"Gələcək nəsillərlə üz-üzə" V ümumrespublika inşa müsabiqəsi

4 noyabr 2013-cü il tarixində Təhsil Nazirliyində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları  Nazirliyi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Minilliyin Layihəsinin Azərbaycan Bölməsi (Azərbaycan Futuroloqlar Cəmiyyəti) ilə birgə “Gələcək nəsillərlə üz-üzə”  mövzusunda keçirilən V ümumrespublika inşa müsabiqəsinin mükafatlandırma mərasimi olmuşdur. Mərasimdə Bakı Biznes Universitetinin tələbələri İsayeva Fəridə Eyvaz qızı “İşin və institutların təbiəti dəyişdikcə fərdin qərar vermək bacarığının təkmilləşdirilməsi” mövzusunda inşasına görə I yerə, Quluzadə Nigar Rövşən qızı isə “Hər kəs üçün münaqişəsiz, kifayət qədər təmiz su” mövzusunda inşasına görə II yerə layiq görülərək müvafiq şəkildə mükafatlandırılmışlar.