3-8 noyabr 2013-cü il tarixlərində Bakı Biznes Universitetinin nümayəndə heyəti Polşa Respublikasının Bıdqoş şəhərində, Texnologiya və Təbiət Elmləri Universitetində (UTP) təşkil olunan “ENOTES – Azərbaycanda ECDL Milli Operator və Test Mərkəzləri” layihəsi çərçivəsində görüşdə iştirak etmişdir. Görüş zamanı BBU-nun nümayəndə heyəti şəhər rəhbərliyi və universitet nümayəndələri ilə qarşılıqlı anlaşma şəraitində alimlərin məruzələrini dinləmiş, universitetin Regional İnnovasiyalar Mərkəzi, Əsas kitabxanası, Mexaniki mühəndislik və Telekommunikasiya, kompüter elmləri və elektrik mühəndisliyi fakültələrinin laboratoriyaları və şəhərin Texno-Parkı ilə tanış olmuşlar.