26 noyabr 2013-cü il tarixində Bakı Biznes Universitetində rektorluqla Fransanın İSEE Group-un rəhbəri və həmin təhsil müəssisəsinin nümayəndə heyəti arasında görüş keçirildi. Görüşün məqsədi universitetlər arası münasıbətləri daha da inkişaf etdirmək idi. Görüş zamanı BBU-nin rektoru, i.e.d., prof. İ.M.Abbasov Universitet haqqında qonaqlara ətraflı məlumat verdi. Sonra isə iki universitet arasındakı gələcək əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə edildi.