06 dekabr 2013-cü tarixində Bakı Biznes Universitetində Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Durmuş Gökmen ilə görüş keçirildi. Qonağa universitet haqqında məlumat verən universitetin rektoru, prof. İbad Abbasov, universitetin beynəlxalq əlaqələrindən də danışmışdır.
Bakı Biznes Universitetində olmağından məmnun olduğunu bildirən müşavir, Türkiyə universitetləri ilə BBU arasında əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirmişdir. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı. Müşavir Universitetlə yaxından tanış olmaq məqsədilə tədris və elmi-tədqiqat laboratoriyalarında olmuş, Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi və Elektron Kitabxanaya baş çəkmişdir.