27 dekabr 2013-cü il tarixində Bakı Biznes Universitetinin konfrans zalında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni – 2014-cü ilin gəlişi münasibətilə təntənəli tədbir keçirilmişdir. Tədbiri Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov açmış, Universitetin elmdə, təhsildə, yaradıcılıqdakı nailiyyətlərindən bəhs etmiş və perspektivdə həyata keçiriləcək işlərdən danışmışdır. O, həmçinin Universitetin professor-müəllim heyəti və tələbə kontingentini qarşıdan gələn bayramlar münasibətilə təbrik etmişdir, il ərzində fəallıq göstərən müəllim və tələbələri mükafat və diplomlarla təltif etmişdir.
Bədii hissədə Universitet tələbələrinin iştirakı ilə böyük konsert proqramı olmuşdur.