18-20 yanvar 2014-cü il tarixlərində Bakı Biznes Universitetində “20 yanvar” faciəsinin 24-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilmişdir. Belə ki, Universitetdə faciə qurbanlarına həsr olunmuş sərgi təşkil edilmiş və faciəyə həsr olunmuş dərs saatı keçirilmişdir. Həmçinin yanvarın 18-də Universitetimizin konfrans zalında professor-müəllim heyəti və tələbələrin iştirakı ilə şəhidlərə həsr olunmuş anım tədbirini Universitetin rektoru, i.e.d., prof. İ.M. Abbasov giriş sözü ilə acaraq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilmiş hadisələrlə bağlı tədbir iştirakçılarını məlumatlandırdı. Faciə qurbanlarının xatirəsi birdəqiqəlik sükutla anıldı. Daha sonra “20 yanvar” faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirildi.
20 yanvar 2014-cü il tarixində BBU-nun professor-müəllim heyəti və tələbələri metronun "20 Yanvar" stansiyasının yaxınlığında şəhidlərin xatirəsinə ucaldılmış memorial abidə kompleksi qarşısında təşkil olunmuş matəm mitinqində iştirak etmişlər və abidə önünə əklil və gül dəstələri qoyulmuşdur.