Bakı Biznes Universitetində Xocalı soyqırımına həsr olunmuş tədbirlər

18-26 fevral 2014-cü il tarixlərində Bakı Biznes Universitetində Xocalı faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Belə ki, 18-25 fevral tarixlərində faciə qurbanlarına həsr olunmuş sərgi təşkil edilmiş, Xocalı abidəsinə professor-müəllim heyəti və tələbə kontingentinin kollektiv ziyarətləri olmuşdur. 26 fevral tarixində Universitetdə matəm mitinqi təşkil edilmiş, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Gün ərzində Universitetin foyesində Xocalı soyqırımına həsr olunan sənədli film nümayiş etdirilmişdir.