Bakı Biznes Universitetinin 21-ci ildönümü və Novruz Bayramının gəlişi münasibətilə tədbirlər

13 mart 2014-cü il tarixində Bakı Biznes Universitetinin yaradılmasının 21-ci ildönümü və Novruz Bayramının gəlişi münasibətilə bayram tədbiri olmuşdur. Tədbirdə Bakı Biznes Universitetinin professor-müəllim heyəti, tələbələri ilə bərabər Yasamal, Səbail rayonları orta məktəblərinin bir qrup məktəbliləri də iştirak etmişlər. Tədbiri Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov açaraq professor-müəllim heyəti və tələbələri təbrik etmiş və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Universitet üzrə keçirilən xonça müsabiqəsinin qalibləri elan olunmuşdur. Tədbir Universitetin bədii özfəaliyyət kollektivlərinin çıxışları ilə davam etmişdir.